Baqali Dabo "Qəbələ" azarkeşlərinin cavabını verdi: "Əsl kişilər danışmır..."

15:45 - 20 Avqust 2018

"Qəbələ"nin azarkeşləri Topaz Premyer Liqasının açılış turunda "Səbail"lə matçda "Çətin anlarda adamlar gedər, kişilər qalar!" - sözləri yazılmış pankart açmışdılar.  

 

Azarkeşlər bu pankartla yayda "qırmızı-qaralar"ı gözlənilməz şəkildə "Neftçi" yə dəyişən Baqali Daboya ünvanlamışdılar.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu Premyer Liqanın 2-ci turunda "Qəbələ"yə qol vuraraq, sabiq klubunu cəzalandırdı. Qol sevincini qeyd etməyən Dabo əl hərəkəti ilə "susmaq" jestini etdi. 30 yaşlı hücumçu daha sonra sosial şəbəkə hesabında "Qəbələ" fanatlarının cavabını verməyi lazım bilib.

 

O, "instagram"dakı 24 saatlıq tarix bölməsində "Əsl kişilər danışmır, ancaq hərəkət edirlər" yazaraq, yerləşdirib.

 

Qeyd edək ki, Dabo "Qəbələ"yə 2016-cı ildə "Kretel" klubundan transfer olunub. Hücumçu yay transfer dönəmində "Qəbələ" ilə müqaviləni uzatmaqla bağlı razılaşsa da, fikrini dəyişərək, "Neftçi" ilə 2 illik müqavilə imzalamışdı.

 

Xəbər xətti