Saşa Stamenkoviçin Premyer Liqamızda 100-cü oyunu

18:05 - 20 Avqust 2018

Topaz Premyer Liqasının II turu “Sabah”ın futbolçusu Saşa Stamenkoviç üçün yubileylə əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, serbiyalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

 

“Sumqayıt”la ev matçına qədər hesabında 99 oyun olan qolkiper yubileyi “Əlincə Arena”da qeyd edib. Lakin onun yubileyi uğursuz alınıb və 4 top buraxan qapıçının komandası meydandan xalsız ayrılıb – 1:4.

 

Ölkəmizdə 2011/12 mövsümündə debüt edib, 4 il “Neftçi”nin formasını geyinən və bu yay Azərbaycana qayıdan Stamenkoviç 100 matçda 99 qol buraxıb. Saşa Premyer Liqadakı 5-ci mövsümündə 2-ci klubunun şərəfini qoruyur.

 

mövsüm klub oyun qol
2011/12 Neftçi 22 -20
2012/13 Neftçi 30 -28
2013/14 Neftçi 34 -35
2014/15 Neftçi 12 -12
2018/19 Sabah 2 -4
5 mövsüm 2 klub 100 -99

Xəbər xətti