Rüfət Dadaşov: "Vəziyyətim hər ötən gün yaxşılaşır"

17:12 - 20 Avqust 2018

Almaniya üçüncü Bundesliqasında mübarizə aparan millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" Federasiya Kubokunda "Şyüren" klubu ilə qarşılaşmada 7:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, 4 qol vuraraq matça damğa vuran Dadaşov oyundan sonra verdiyi açıqlamada yeni komandasına yavaş-yavaş uyğunlaşdığını deyib: "Baş məşqçi məndən sürətli oynamağı tələb etdi. Ön xəttdə müdafiəçiləri təzyiq altında saxladım. Vurduğum qollar mənə çox kömək olacaq. Komandamızda yüksəliş davam edəcək. Yeni gələndə bir az uyğunlaşmaqda çətinlik çəkirdim. Yeni liqada mübarizə aparıram. Bir az buna alışmalıyam. Vəziyyətim hər ötən gün yaxşılaşır".

 

Komandanın baş məşqçisi Marko Antverpen də Rüfətdən razı qaldığını deyib: "Dadaşov öz üzərində çalışır. Bu oyunda çox yaxşı işlər gördü. Onunla birgə çalışdığım üçün xoşbəxtəm. Onda çox razıyam".

 

Qeyd edək ki, hücumçu bu mövsüm III Bundesliqada 1 qol vurub.

Xəbər xətti