Səlahət Ağayevin 150-ci oyunu

19:30 - 20 Avqust 2018

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasında yubiley oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, II turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub.

 

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev 150 matçda 145 qol buraxıb. 4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib.

 

mövsüm klub oyun qol

2010/11 MOİK 8 -8

2011/12 İnter 3 0

2012/13 Sumqayıt 23 -32

2013/14 İnter 25 -25

2014/15 İnter 27 -15

2015/16 Sumqayıt 16 -18

2015/16 İnter 13 -9

2016/17 İnter 22 -26

2017/18 Neftçi 11 -11

2018/19 Neftçi 2 -1

9 mövsüm 4 klub 150 -145

Xəbər xətti