Qurbanovdan 200-cü oyun, Əliyevdən 50-ci qol

Topaz Premyer Liqasının II turu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, İlqar Qurbanov Azərbaycan çempionatlarında 200-cü matça çıxıbsa, “Neftçi” ilə görüşdə (1:2) rəqibin qapısına vurulan qolun müəllifi  Rauf Əliyev 50-ci dəfə fərqlənib.

 

Ölkə çempionatlarında 2004/05 mövsümündə debüt edən İlqar “Dalğa Arena”dakı matça qədər 199  görüşdə meydana çıxmışdı. O, arxada qalan 14 ildə 14 qolun sevincini yaşayıb. Ötən yay “Qəbələ”yə keçən müdafiəçi bu komandada 13 matçda iştirak edib. Bunadək isə Qurbanov “Xəzər Lənkəran” (56 oyunda 6 qol), “Olimpik-Şüvəlan” (23 oyunda 2 qol) və “Qarabağ”da (108 oyunda 6 qol) forma geyinib.

 

“Qəbələ”də bu mövsümdə debüt edən Rauf “qırmızı-qara” formada qol hesabını da açıb. O klubun tarixinə qol sevinci yaşayan 122-ci, bunu Premyer Liqada gerçəkləşdirən 94-cü futbolçu kimi düşüb. Çempionatlarda debütü 2006/07 mövsümünə təsadüf edən hücumçu ilk qolunu da həmin vaxt vurub. Əliyev 50 qoldan 23-nü (131 oyunda) Ağdam klubunda, 11-ni “Bakı”da (38 oyunda), 3-nü “Xəzər Lənkəran”da (11 oyunda), 12-ni “İnter”də (36 oyunda), 1-ni “Qəbələ”də (2 oyunda) vurub. Rauf yalnız 11 matça çıxdığı “Neftçi”də fərqlənə bilməyib. Ümumilikdə isə hücumçu 50-ci qolunu 229-cu matçında vurub.

Tarix: 20 Avqust [20:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2018
17  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio