Şeydayev niyə rus vətəndaşı kimi göstərilib? - klubdan açıqlama

"Krılya Sovetov" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Rusiya Premyer Liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərilməsinə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisinin Mətbuat xidməti bildirib ki, bu addım 22 yaşlı hücumçuya işçi vizası almamaq üçün atılıb: "Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, Premyer Liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur".

 

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi "Trabzonspor"la müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Avqustun 17-də "Krılya Sovetov"la 1 illik müqavilə bağlayan forvard Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib. (report)

Tarix: 21 Avqust [00:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio