UEFA Kosovoya Farer adalarını qəbul etməyə icazə verdi

10:21 - 21 Avqust 2018

UEFA Millətlər Liqasının D Liqasında Azərbaycanla birgə 3-cü qrupda yer alan Kosovo yığması Farer adalarını paytaxt Priştinada qəbul etmək üçün UEFA-dan rəsmi icazə alıb.

 

Sportal.az xəbər verir ki, sentyabrın 10-da keçirləcək qarşılaşma "Fadil Vokkri" stadionunda baş tutacaq. Kosovoluların Malta və Azərbaycanla oyunlarının məkanı isə hələlik bəlli deyil.

 

Digər məlumata görə, Kosovo və Azərbaycan arasında keçiriləcək oyun neytral meydanda baş tutacaq. Buna səbəb isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Ötən il UEFA bu səbəbdən Ukrayna - Kosovo qarşılaşmasını neytral meydanda keçirilməsi ilə bağlı qərar vermişdi. Qitənin rəsmi qurumu Kosovo və Azərbaycan arasında baş tutacaq görüş üçün də rəsmi qərarını açıqlayacaq.

 

Qeyd edək ki, Azərbaycan qrupda ilk oyununu Kosovoya qarşı keçirəcək. Görüş sentyabrın 7-də baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti