Səudiyyə Ərəbistanı klubundan Neqredo açıqlaması

18:38 - 21 Avqust 2018

"Beşiktaş"ın hücumçusu Alvaro Neqredonun anlaşdığı iddia edilən Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu bununla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidməti ispaniyalı hücumçu ilə anlaşdıqları xəbərini təkzib edib. İstanbul təmsilçisində gələcəyi qeyri-müəyyən olan 33 yaşlı forvardın İspaniya klublarında birinə keçəcəyi gözlənilir. İspaniya millisinin üzvü komanda tapmasa, "Beşiktaş"da qalacaq.

 

Qeyd edək ki, Neqredo ötən il "Valensiya"dan "Beşiktaş"a transfer olub.

Xəbər xətti