"Milan"ın yeni transferi uzun müddət oynamayacaq: ürəyində problem aşkarlandı

19:18 - 21 Avqust 2018

"Milan"ın yay transfer dönəmində "Sampdoria"dan azad agent statusu kimi heyətinə qatdığı İvan Striniç bir müddət yaşıl meydanlardan kənar qalacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb Xorvatiya millisinin üzvünün ürəyində problemin yaranmasıdır. 31 yaşlı sol cinah müdafiəçi həkimlırin məsləhətindən sonra 3-4 ay futboldan kənar qalacaq.

 

Qeyd edək ki, Striniç DÇ-2018-də Xorvatiya millisinin heyətində yer almışdı. O, "Hayduk, "Dnepr" və "Napoli" kimi komandalarda da çıxış edib. Striniç "Dnepr"in heyətində 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı hər iki oyunda meydanda olmuşdu.

Xəbər xətti