"Real" 9 il sonra belə vəziyyətlə üzləşdi

"Real" La Liqada mövsümün ilk matçını doğma meydanda "Hetafe"yə qarşı keçirdi və 2:0 hesablı qələbə qazandı.

 

Sportal.az xəbər verir ki, "Santiaqo Bernabeu"da keçirilən oyunda stadionun tam dolmaması diqqətlərdən yayınmayıb. Son illərdə demək olar ki, bütün oyunlarda stadionu dolduran "kral klubu"nun fanatları bu dəfə sevimli komandalarını tək buraxıblar. Madrid derbisini arenadan 48 min 466 nəfər izləyib. Bu isə son 9 ildə "Santiaqo Bernabeu"da qeydə alınan ən az azarkeş sayı olub.

 

Sonuncu dəfə belə hal Kriştiano Ronaldonun "Real"a gəlmədiyi dönəmdən - 2009-cu ildən əvvəl baş vermişdi. Həmin il mayın 24-də keçirilmiş "Real" - "Malyorka" qarşılaşmasını 44,270 azarkeş izləmişdi.

 

Qeyd edək ki, "Santiaqo Bernabeu" 81 min 44 nəfərlik azarkeş tutumuna malikdir.

Tarix: 21 Avqust [19:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio