BATE PSV-yə son dəqiqə qolu ilə uduzdu, "Benfika" PAOK-la heç-heçə etdi

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

 

"Qarabağ”ı ÇL-dən kənarlaşdıran Belarusun BATE komandası evdə Hollandiyanın PSV klubu ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

 

"Benfika” PAOK-u qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib - 1:1. Digər oyunda isə "Srvena Zvezda” (Serbiya) evdə  Avstriyanın "Zalsburq” komandasını qəbul edib. Bu matçda da tərəflər "sülh"ə razılaşıblar - 0:0.

 

Digər 3 pley-off oyunu bu gün baş tutacaq.

 

21 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

 

BATE (Belarus) - PSV (Hollandiya) - 2:3

Qollar: Tuominen, 9, Aleksandr Qleb, 88 - Qaston Pereyra, 35 (pen.), İrvinq Losano, 61, Donyell Malen, 89

 

"Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 1:1

Qollar: Pitsi, 45 (pen.) - Varda, 76

 

"Srvena Zvezda” (Serbiya) – "Zalsburq” (Avstriya) - 0:0

Tarix: 22 Avqust [00:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio