Mourinyo "Mançester Yunayted"də qalacaq

12:50 - 22 Avqust 2018

"Mançester Yunayed" baş məşqçisi Joze Mourinyonu istefaya göndərməyi düşünmür.

 

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumata görə, "qırmızı şeytanlar"la 2020-ci ilə qədər müqaviləsi olan portuqaliyalı mütəxəssis vəzifəsində qalacaq.

 

55 yaşlı çalışdırıcı 2016-cı ildən "Mançester  Yunayted"in "sükanı arxası"ndadır.

 

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 2 turdan sonra 3 xal qazanıb.

Xəbər xətti