İngiltərə millisinin sabiq futbolçusu iflas oldu

17:39 - 23 Avqust 2018

Karyerasında "Çelsi", "Aston Villa" və "Seltik" kimi komandalarda çıxış etmiş Karlton Koul iflas olub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı sabiq futbolçu borclarının çox olduğunu və bankrot olduğunu deyib: "Ümid edirəm ki, gənc futbolçular məni örnək alacaqlar. Karyeramda bəzi şeyləri düzgün etmədim. Həqiqətləri anlayanda isə gec oldu".

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu "Vest Hem"də oynadığı dövrdə həftəlik 30 min funt-sterlinq qazanırdı. O, "çəkicdöyənlər"də 9 il çıxış edib. Son olaraq, İndoneziyanın "Persib Bandunq" klubunda çıxış etmiş Koul hazırda Londonda futbol akademiyalarının birində 7-14 yaş arası futbolçuların üzərində məşqçi kimi çalışır.

Xəbər xətti