Dadaşov Azərbaycan millisinə dəvət aldı

00:28 - 24 Avqust 2018

Portuqaliya Sequndasında çıxış edən “Eştoril” klubunun hücumçusu Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvard millimizin UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Kosovoya qarşı ev, ayın 10-da isə Malta ilə səfər oyunlarına dəvət olunub.

 

Renat əsas yığmamızın heyətində 1, 21 yaşlılardan ibarət milli komandamızın heyətində isə 3 oyun keçirib.  

Xəbər xətti