I Divizionda yeni mövsümə start verildi

01:03 - 24 Avqust 2018

Azərbaycan Birinci Divizionunda yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

 

“Neftçi”nin əvəzediciləri səfərdə “Qaradağ Lökbatan”a, MOİK isə “Sabah”ın 2-ci komandasına qalib gəlib.

 

“Qarabağ”ın əvəzediciləri “Kəpəz”i darmadağın edib. “Zirə” və “Səbail”in əvəzedicilərinin duelində isə qonaqlar qələbəyə seviniblər.

 

Birinci Divizion

1-ci tur

23 avqust

 

Qaradağ Lökbatan - Neftçi-2 - 0:1

Qol: Hüseyn Hüseynzadə, 85.

 

Sabah-2 – MOİK 0:1

Qol: Bahadur Həziyev, 88.

 

Kəpəz - Qarabağ-2 0:4

Qollar: Rövlan Muradov, 15. Hacıağa Hacılı, 21. Elvin Cəfərquliyev, 59. Rafael Məhərrəmli, 73.

 

Zirə-2 - Səbail-2 1:2

Qollar: Tapdıq Əhmədov, 25-pen. – Murtuz Abakarov, 22. Emil Həsənzadə, 29.

 

Turun qalan oyunları sabah keçiriləcək: Zaqatala – Keşlə-2, Turan Tovuz - Ağsu, Şüvəlan - Sumqayıt-2.

Xəbər xətti