"Sumqayıt"ın Atilla yalanı

13:22 - 24 Avqust 2018

"Sumqayıt" son olaraq, Hollandiyanın "MMV-Maastricht" klubunda çıxış etmiş hücumçu Atilla Yıldırımla müqavilə imzalayıb. Klub 27 yaşlı forvardı Azərbaycan əsilli kimi təqdim edib.

 

Lakin kiçik araşdırma bu yalanı açmağa kifayət etdi. Belə ki, Atillanın Azərbaycanla bağlılığı yoxdur. Yıldırım Almaniyanın Baden-Vyortemberq əyalətinin Bad-Merqenthaim şəhərində türk ailəsində dünyaya göz açıb.

 

Atilla karyerasına da Almaniyada başlayıb. Həvəskar çempionatlarda çıxış edən futbolçu skautların diqqətini çəkə bilmişdi. Hollandiyada bir neçə klubun akademiyasında olan Atilla "Utrext"də peşəkar karyeraya başlayıb. Yıldırım 2011-ci ildə Eredviziyada "Venlo" ilə matçda debüt edib və qol vurub.

 

2011-ci ildə Türkiyənin "Kasımpaşa" klubuna transfer olan hücumçu karyerasını uzun müddət burada davam etdirib.

 

Atillanın ailəsi əslən Türkiyənin Sivas şəhərindəndir. O, 2015-ci ildə bu şəhərin "Sivas Bələdiyyəspor" klubunda da çıxış edib.

 

Futbolçunun agenti Murat Işılakdır. Atilla Yıldırımın məlumatlarında Azərbaycana bağlığı haqda hər hansı bilgi yoxdur.

Xəbər xətti