"Qalatasaray" sabiq "Fənərbaxça"lını alır

18:11 - 24 Avqust 2018

Türkiyənin "Qalatasaray" klubu növbəti transferinə yaxındır.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Sevilya"nın müdafiəçisi Simon Kyaeri rənglərinə bağlamağa hazırlaşır. "Fanatik"in məlumatına görə, Danimarka millisinin üzvü əndəlüsiyalılardan 1 illik icarəyə götürüləcək. Keçidin tezliklə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-2017-ci illərdə "Fənərbaxça"da çıxış edib.

Xəbər xətti