Sabiq "Qarabağ"lı Super Liqada debüt etdi

00:55 - 25 Avqust 2018

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna transfer olan İbrahim Sehiç yeni komandasının heyətində debüt oyununu keçirib.  

 

Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiper Super Liqanın III turu çərçivəsində səfərdə "Rizəspor"a qarşı keçirilən matçda meydanda olub. Şehiç 90 dəqiqə meydanda olduğu matçda qapısını toxunulmaz saxlamağı bacarıb.  

 

Bununla da, "ağ-mavilər" çempionatda ilk xalını qazanıb.

 

Qeyd edək ki, baş məşqçi Mehmet Altıparmak ilk iki turda çərçivəni Hakan Canbazoğluya həvalə edib.   

Xəbər xətti