"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

16:06 - 25 Avqust 2018

İslandiya millisinin Millətlər Liqasında İsveçrə və Belçika ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, yeni baş məşqçi Erik Hamren düşərgəyə 23 futbolçu dəvət edib. Onların arasında “Qarabağ”ın qapıçısı Hannes Halldorsson da var.

 

Qeyd edək ki, İslandiya millisi sentyabrın 11-də İsveçrə, 3 gün sonra isə Belçika ilə qarşılaşacaq.

Xəbər xətti