Ayxan Abbasov: "Məğlubiyyət olanda çox bəhanələr tapılır" MÜSAHİBƏ

22:54 - 25 Avqust 2018

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının III turunda öz meydanında “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. 

 

Sportal.az xəbər verir ki, mütəxəssis öncə oyun barədə danışıb:

 

- Danışacaq bir şey yoxdur. Əz zəif oyunumuzu sərgilədik Həftəiçi bəzi problemlərimiz oldu, futbolçularımız zədələndi. Buna baxmayaraq, “Sabah” oyuna istəkli çıxmışdı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq, futbolçularla söhbət edəcəyik.

 

- Müdafiə xətti kobud səhvlərlə yadda qalır. Bunun səbəbi nədir?

- Bilirdik ki, “Sabah” oyunu əks-hücumlar üzərində quracaq. İlk qoldan sonra irəli atıldıq və bizi əks hücumda yaxaladılar. Tək müdafiəçilər yox, komanda zəif oynadı. Bu, “Zirə”nin oyunu deyildi.

 

- Bundan sonra komandaya yeni futbolçu cəlb olunacaq?

- Yeni futbolçularımız komanda ilə tam məşq edə bilmirlər. Zədəli futbolçularımız çoxdur. Bundan sonra transfer etmək bir qədər çətindir. İstədiyimiz oyunçu olsa, ola bilər. 

 

- Çempionatda bir neçə həftəlik fasilə olacaq. Bundan necə yararlanacaqsınız?

- Əvvəldən demişdim ki, bu çempionat çox çətin olacaq. Maksimum istəkli olmalıyıq. Fasilədən ən yaxşı şəkildə istifadə edəcəyik. İstəyirik ki, zədəli futbolçularımız tez sağalsın.

 

- İlk hissənin sonunda iki əvəzetmə etdiniz. Bunun səbəbi nə idi?

- Sözün açığı, daha erkən əvəz etmək istədim. Dilanın oynaması sual altında idi, sonra şans verdik. Gördük ki, tam alınmır. Sadio isə özünü piss hiss edirdi. Üçünücü qolu buraxmamaq üçün əvəzetmələrə əl atdım.

 

- “Qarabağ” sizin planlarınızı nə dərəcədə pozdu?

- Məğlubiyyət olanda çox bəhanələr tapılır. Əsas odur ki, bu gün meydanda oyun olmadı. Oynayıb uduzsaydıq, razılaşardım. Amma biz bu gün oynamadıq.

Xəbər xətti