Nazarovun komandası liderə uduzdu

00:15 - 26 Avqust 2018

Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə lider “Köln”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Millimizin üzvü start heyətdə başladığı oyunun 78-ci dəqiqəsində əvəzlənib.

 

“Aue” 3 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti