Rifet Kapiç: "Qarabağ" ilk dəqiqədən hücum edəcək" MÜSAHİBƏ

14:14 - 26 Avqust 2018

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan "Şerif"in futbolçusu Rifet Kapiç klubun saytına müsahibə verib.

 

Sportal.az 23 yaşlı bosniyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

 

- "Qarabağ"la oyunumuz çətin keçdi. Hər iki komanda qalib gəlməyi arzulayırdı. Biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Arxayınlaşmamışıq, cavab görüşünü düşünürük. Sakitik və Bakıya müsbət nəticə ilə yollanırıq.

 

- Vurduğun qolla bağlı nə deyə bilərsən?

- Bu, möhtəşəm hisslərdir. Oyunumuzdan çox razı qaldım. Xoşbəxtəm ki, vurduğum qolla komandama fayda verdim. Hər oyunda 100 faiz gücümü qoymağa çalışıram.

 

- Hesabı artırmaq imkanları da oldu. Fərqi artırmağa nə mane oldu?

- Biz çox istəyirdik ki, fərqi artıraq. Bir neçə qol şansımız da oldu. Təssüf ki, hücumlarda sonluğu qoya bilmirdik. Buna baxmayaraq, hesabdan razıyıq.

 

- Cavab görüşü necə keçəcək?

- Oyun çətin olacaq. Mən özümə və komandama inanıram. Müdafiədə diqqətli olmalı və hücumlarda şansımızı gözləməliyik. Təkrar edirəm, "Qarabağ" çox güclü rəqibdir, amma bizim müsbət nəticəmiz var. Qrupa düşmək şansımız var. Səfərdə də eyni nəticəyə nail olmalıyıq.

 

- "Qarabağ"ın erkən qol vurmağa çalışacağını gözləmək olar?

- Bəli, mən də belə düşünürəm. Onlar ilk dəqiqədən hücum edəcəklər və erkən qol axtaracaqlar. Ancaq bizim də öz güclü keyfiyyətlərimiz var. Diqqətli olmalıyıq.

Xəbər xətti