"Qarabağ" şokda: "Şerif"lə oyunu buraxacaq

23:09 - 26 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə vacib oyundan öncə "Qarabağ" ciddi itki ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Migel Markos Maderanın xidmətindən məhrum olub. İspaniyalı futbolçu 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.

 

"Qarabağ" - "Şerif" oyunu avqustun 30-da baş tutacaq. Qurban Qurbanovun kollektivi ilk matçda 0-1 hesablı məğlubiyyət alıb.

 

Qeyd edək ki, "Qarabağ"da digər ispaniyalı futbolçus Dani Kintana da zədələdir. O, 6 ay futbolsuz qalacaq.

Xəbər xətti