Con Delarj: "Qrup mərhələsinə düşmək üçün şanslardan istifadə etməliyik" MÜSAHİBƏ

00:32 - 27 Avqust 2018

"Qarabağ" Topaz Premyer Liqasının 3-cü turunda "Neftçi"ni qəbul edib və 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun hücumçusu Con Delarj jurnalistlərə müsahibə verib. Konqo millisinin üzvü öncə oyun barədə danışıb:

 

- Həqiqətən də yaxşı oyun oldu. Əsl böyük oyun idi. Daha artığını bacara bilərdik. Düşünürəm ki, yaxşı oynadıq. Uğurlu çıxışa Avropa Liqasında davam etməliyik.

 

- Bu oyun Azərbaycan derbisidir. Son olaraq, "Bursaspor"da çıxış etmisən. Bu qarşılaşmanı Türkiyə derbiləriylə müqayisə edərdin.

- Müqayisələri sevmirəm. Derbi matçdır və əsas odur ki, oynadım.

 

- 90 dəqiqə oynamadı və əvəzləndin. Tam hazır deyilsən?

- Necə hazır olmamaq olar ki, 87 dəqiqə mübarizə apardım. 25 futbolçumuz var və məşqçi hamıya vəziyyətdən asılı olaraq, şans verir.

 

- Avropa Liqasında "Şerif"lə cavab görüşü barədə nə düşünürsən?

- Həyati önəm daşıyan matç olacaq. Bu matçı unudub, artıq Avropa Liqasına köklənməliyik. Qrup mərhələsinə düşmək üçün şanslardan istifadə etməliyik.

 

- "Neftçi"ni artıq tanıdın. Bu komanda "Qarabağ"la birgə çempionluq mübarizəsində mübarizə apara bilər?

- Nəsə demək erkən olar. Hər komanda qalib gəlmək məqsədilə oyuna çıxır. İndidən danışmaq tezdir.

Xəbər xətti