Azərbaycan derbisini neçə azarkeş izlədi?

10:19 - 27 Avqust 2018

Topaz Premyer Liqasında 3-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ilk görüşü Qəbələ şəhər stadionunda "Qəbələ" və "Sumqayıt" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 300 nəfər izləyib.

 

"Dalğa Arena"da baş tutan "Zirə" "Sabah" oyununu 150, "Keşlə" - "Səbail" qarşılaşmasında isə 1000 azarkeş qeydə alınıb.

 

Turun mərkəzi - "Qarabağ" - "Neftçi" qarşılaşmasını isə 3 min azarkeş stadiondan izləyib.

 

Beləliklə, 3-cü turda 4 min 450 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1112,5 fanat deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir.

Xəbər xətti