Almeydalı "Astana" 3 qolla qalib gəldi

10:56 - 27 Avqust 2018

Qazaxıstan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” doğma meydanda “Kızıljar”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Almeyda start heyətdə meydana çıxıb və yenə sonadək oynayıb.

 

"Astana" 57 xalla 12 iştrakçı arasında vahid liderdi.

Xəbər xətti