"Qarabağ"ın legioneri milliyə dəvət aldı

13:30 - 27 Avqust 2018

“Qarabağ”ın futbolçusu Donald Gerye Haiti milli komandasına dəvət olunub.

 

Sportal.az xəbər verir ki, avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da baş tutacaq Haiti – Sent Martin matçına çağırılıb.

 

Qeyd edək ki, Gerye 2010-cu ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 41 oyun keçirib və 9 qol vurub.

Xəbər xətti