"Qarabağ" - "Şerif" matçına neçə bilet satılıb?

15:51 - 27 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, avqustun 30-da keçiriləcək qarşılaşmaya artıq 7 min bilet satılıb. Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib.

 

“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

 

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub.

 

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar), 28 Mall ticarət mərkəzində və Sumqayıtda həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.

Xəbər xətti