Ben Arfa sabiq komandasına dönür

Ötən mövsüm PSJ-dən ayrılan Hatem Ben-Arfanın yeni klubu bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü sabiq klubu "Nitsa" ilə anlaşmağa yaxındır. 31 yaşlı yarımmüdafiəçi ilə İspaniyanın "Rayo Valyekano" klubunun təklifini rədd edib və "Nitsa" ilə müqavilənin şərtlərini müzakirə edir.

 

Qeyd edək ki, Ben Arfa ötən mövsüm PSJ-də heç bir oyunda meydana çıxmayıb. O, 2015/16 mövsümündə "Nitsa"da uğurlu çıxışdan sonra PSJ-yə keçmişdi.

Tarix: 27 Avqust [16:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio