Rakitiç PSJ-dən imtina etməsinin səbəbini açıqladı

17:13 - 27 Avqust 2018

"Barselona"nın və Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç PSJ-dən təklif aldığını, ancaq qəbul etmədiyini etiraf edib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu təklifi qəbul etməməsinin səbəbini açıqlayıb:

 

"PSJ təklif göndərdi və mən də bunu düşündüm. "Barselona" həyatımda oynaya biləcəyim ən yaxşı yerdir. Bu səbəbdən qalmağı seçdim. Həm ailəm xoşbəxtdir, həm də mən dünyanın dünyanın ən yaxşı klubunda oynayıram. Ailəmin qərarda önəmli rolu oldu. Çünki onlar Barselonada xoşbəxt yaşayırlar".

 

Fransa mətbuatı Paris klubunun xorvatiyalı yarımmüdafiəçinin transferi üçün 80 milyon avro təklif etdiyini yazmışdı.

 

Qeyd edək ki, Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya keçib.

Xəbər xətti