“Qarabağ” - “Şerif”: Mətbuat konfransları və son məşqlərin vaxtı məlum oldu

Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” - ”Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov avqustun 29-da, saat 18:10-da "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

“Şerif”in baş məşqçisi Qoran Sabliç saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

 

"Qarabağ" Moldovada keçirilən ilk oyunda 0:1 hesabı ilə məğlub olub.

Tarix: 28 Avqust [16:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio