Ayxan Abbasov istefa verdi

10:27 - 29 Avqust 2018

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

 

"Zirə" Premyer Liqada bu mövsüm keçirdiyi  2 oyundan sonra 1 xal qazanıb.

 

Xatırladaq ki, Ayxan Abbasov 2016-cı ilin dekabrından "Zirə"ni çalışdırırdı.

Xəbər xətti