Milli komandamız hazırlıqlara başladı FOTOLAR

11:57 - 29 Avqust 2018

Azərbaycan millisi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı keçirəcəyi oyunların hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, millimizin ilk məşqi Qurban Qurbanovun rəhbərliyi altında “Dalğa Arena”da keçirilib.

 

Çalışmalarda legionerlərlə yanaşı, "Qarabağ"dan dəvət olunmuş 6 futbolçu iştirak etməyib. Ağdam təmsilçisinin futbolçuları a "Şerif"lə (Moldova) Avropa Liqasının pley-off mərhələsinin cavab matçından sonra millinin məşqlərinə qoşulacaqlar.

 

 

Xəbər xətti