"Keşlə"nin yeni transferi hakim təhqir etdiyi üçün cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I divizionun II turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərar verilib.  

 

"Keşlə-2" və "Sumqayıt-2" klubları arasında keçirilən görüşün 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanıb,  klub 320 manat cərimə olunub. 

 

Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub,  hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.

 

Qeyd edək ki, Ruslan Nəsirli bu yay "Keşlə"yə keçib.

Tarix: 29 Avqust [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio