AFFA-nın diqqətində olan futbolçu Rusiya klubundan ayrıldı

15:22 - 29 Avqust 2018

Rusiya Premyer Liqasında çıxış edən "Krılya Sovetov" klubu yarımmüdafiəçisi Azər Əliyevlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Məlumatda Azərbaycan əsilli rusiyalı futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında pozulduğu qeyd edilib. 

 

Premyer Liqa təmsilçisində millimizin üzvü Ramil Şeydayev də çıxış edir.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Yenisey"də Samara klubuna keçmişdi

 

Əlavə edək ki, Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir.

Xəbər xətti