"Bakcell Arena"da təmir işləri başa çatdı FOTOLAR

13:01 - 30 Avqust 2018

AFFA "Bakcell Arena"nın futbol meydanında apardığı əsaslı təmir işlərini başa vurub.

 

Sportal.az xəbər verir ki, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

 

2012-ci ildə fəaliyyətə başlamış arena 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə maydan başlanılıb.

 

Xəbər xətti