Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib FOTOLAR

16:58 - 30 Avqust 2018

Rusiyanın paytaxtı Moskvada təşkil olunan futvolley üzrə beynəlxalq açıq turnirdə Azərbaycan komandası da iştirak edib.

 

Azərbaycan Futvolley Federasiyasının mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Azərbaycan komandasını Fəyyar Hüseynov və Namiq İskəndərov təmsil edib. 2 qrup üzrə 10 komandadan ibarət “Levoberejye” çimərlik stadionunda təşkil olunan “Moscow Futvolley Open” turnirində komandamız 4 oyun keçirib. Futvolleyçilərimiz Kot-d-İvuar və Rusiya 1 komandasına qalib gəlib, lakin İsrail və Rusiya 2 komandalarına məğlub olaraq, qrupda üçüncü yerə çıxaraq yarışı davam etdirə bilməyiblər.

 

Finalda İsraillə Rusiya 1 komandası qarşılaşıb. Gərgin keçən mübarizədən sonra İsrail komandası çempion adını qazana bilib.

 

Xəbər xətti