"Sumqayıt" rəqib axtarışında

19:38 - 30 Avqust 2018

Yığma komandanın Millətlər Liqasındakı çıxışı ilə əlaqədar çempionatda yaranmış fasiləyə baxmayaraq, “Sumqayıt” hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Sumqayıt təmsilçisi bu gün Nazim Süleymanovun rəhbərliyi altında növbəti məşqini keçirib. Milli komandaların heyətində olan Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev, Ülvi İsgəndərov və zədəli Rail Məlikov hazırlıq prosesində iştirak etməyib. Yüngül zədəsi olan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib.

 

Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində qurulub. Sonda ikitərəfli oyunla məşqə yekun vurulub.

 

Qeyd edək ki, “Sumqayıt” çempionatda yaranmış fasilədən istifadə edərək yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqibin kimliyi barədə əlavə məlumat veriləcək.

Xəbər xətti