Azərbaycanın mövqeyi dəyişməz qaldı

10:04 - 31 Avqust 2018

Avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki,  Azərbaycanın  mövqeyi dəyişməz qalb. “Qarabağ”ın "Şerif"i 3:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0,250 xal qazandırıb. Xalı 18,500-ə yüksələn Azərbaycan 26-cı pillədəki yerini qoruyub.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18,625 xalı var.

Xəbər xətti