Qurban Qurbanov püşkü dəyərləndirdi

17:12 - 31 Avqust 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun saytına verdiyi açıqlamada çətin və maraqlı qrupa düşdüklərini söyləyib:

 

“Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

 

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Xəbər xətti