Mxitaryan Bakıya gəlməyəcək

23:55 - 31 Avqust 2018

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 4-də "Arsenal"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. 

 

Artıq məsələ dəqiqləşib. Belə ki, erməni futbolçu paytaxtımızda baş tutacaq qarşılaşmada iştirak etməyəcək. 29 yaşlı yarımmüdafiəçi Bakıya gətirilməyəcək. London təmsilçisi təhlükəsizlik səbəbi ilə Mxitaryanı Azərbaycana gətirmək istəməyib. 

 

Qeyd edək ki, Mxitaryan 2015-ci ildə "Qəbələ" - "Borussiya" matçında da Bakıya gətirlməmişdi.

Xəbər xətti