"Sportinq"in baş məşqçisi püşkü dəyərləndirdi

15:41 - 1 Sentyabr 2018

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qrupun güclü olduğunu deyib: "Bizim üçün yaxşı püşkdür. Qrupda 3 komanda - "Sportinq", "Arsenal" və "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komandalardır. Qrupumuz güclüdür və maraqlı mübarizə olacaq".

 

Qeyd edək ki, Avropa Liqasının E qrupunda "Sportinq", "Qarabağ", "Arsenal" və "Vorskla" klubları yer alıb.

 

Xəbər xətti