Millimizin üzvü yeni komandasında debüt etdi

16:19 - 1 Sentyabr 2018

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” səfərdə “Afyonspor”la qarşılaşıb 1:0 hesablı qələbə qazanıb.

 

Ufuk bu görüşdə “Boluspor”un heyətində debüt edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Boluspor” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti