"Fənərbaxça"nı bu dəfə "Kayserispor" məğlub etdi VİDEO

Türkiyə Super Liqasında 4-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Kayserispor"la qarşılaşıb və 2:3 hesablı məğlubiyyət acısı yaşayıb.

 

İstanbul klubu bu mövsüm çempionatda 4 oyunun yalnız 1-də qalib gəlməyi bacarıb. "Sarı-lacivərdlilər" Super Liqanın turnir cədvəlində 3 xalla 12-ci pilləsində qərarlaşıb. "Qalatasaray" 9 xalla 1-ci, 1 oyun az keçirən "Kasımpaşa" da eyni xala malikdir və 2-cidir. "Kayserispor" 8 xal toplayıb və 3-cü pilləyə yüksəlib.

 

"Fənərbaxça" 2:3 "Kayserispor"

Qollar: Andre Ayyu, 13, İslam Slimani, 57 - Bernard Mensah, 52, Martin Şkrtel, 61 (avtoqol), Tyaron Çeri, 69

 

Tarix: 2 Sentyabr [01:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2018
19  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio