Azər Əliyev debüt şansı qazanmadı

10:38 - 3 Sentyabr 2018

Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin yeni klubu “Ufa” səfərdə “Axmat”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Azər oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

“Ufa” 6 turdan sonra 4 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti