"Sumqayıt"ın "Sabah" üzərində qələbəsi VİDEO

13:02 - 3 Sentyabr 2018

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sabah”la “Sumqayıt” ötən gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, “Əlincə Arena”da baş tutan qarşılaşmada "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

 

Yoxlama oyunu

 

"Sabah" - "Sumqayıt" 1:2
Qollar:
Tural Qürbətov, 38 - Nicat Qurbanov, 80, Filip İvanoviç, 84 (avtoqol)

 

Xəbər xətti