Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

14:40 - 3 Sentyabr 2018

Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Lvov”la qarşılaşıb. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti