Millimizin oyunu maltalı referiyə həvalə olundu

17:53 - 3 Sentyabr 2018

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin İsrail yığması ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, sentyabrın 6-da, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Trustin Farruqiya Can olacaq.

 

Baş hakim: Trustin Farruqiya Can

Baş hakimin köməkçiləri: Alan Kamilleri, Luk Portelli

Dördüncü hakim: Malkolm Spiteri

Xəbər xətti