Qriqorçuk Kiyev "Dinamo"sunda?

18:09 - 3 Sentyabr 2018

"Qəbələ"nin sabiq baş məşqçisi Ukraynanın "Dinamo" klubunun baş məşqçisi ola bilər.

 

Sportal.az xəbər verir ki, Kiyev təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra belaruslu çalışdırıcısı Aleksandr Xatskeviçi istefaya göndərmək istəyir.

 

Ukrayna mətbuatı 44 yaşlı mütəxəssisi əvəzləyə biləcək çalışdırcıları yazıb. Roman Qriqorçuk, Andrey Şevçenko, Yuri Vernidub, Oleq Dulub və Leonid Kuçuk paytaxt klubunun "sükanı arxası"na namizəd göstəriliblər.

 

Qeyd edək ki, Qriqorçuk "Astana"da Çempionlar Liqasından kənar qaldığı üçün postundan qovulub.

Xəbər xətti