"Qarabağ"ın rəqibində maliyyə problemi

18:33 - 3 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vorskla" maliyyə problemi yaşayır.

 

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən komandanın bir neçə üzvünün məvacibi azaldılıb. Klubun borcunun çox olduğu deyilir.

 

Ancaq "Vorskla"nın fəxri prezidenti Konstantin Jevaqo ciddi maliyyə probleminin olması ilə bağlı iddiaların yalan olduğunu deyib. Ancaq o, borclar haqda danışmaq istəməyib.

 

"Qarabağ" Avropa Liqasının E qrupunda "Vorskla", "Arsenal" (İngiltərə) və "Sportinq"lə (Portuqaliya) mübarizə aparacaq.

Xəbər xətti